1/03/2011

The Blind Side

Onun həyatı heç kimin vecinə deyildi
Atasının kim olduğu bilinməyən,anası heroin bağımlısı olan
13 uşaq içində yada düşməyən bir gənc
Çox az təhsili olan,əqli cəhətdən bi az zəif olan birisi idi
Amma çox az insanın sahib olacağı gözəllikdə ürəyi var idi

Bir tərəfdə komfort və dəbdəbəli həyat sürən işıxlı Memfis digər tərəfdə aclıx səfalət içində olan acı məhəlləsi.Şəhərin parlaq işıqlarının arxasında gizlənmiş küçələr.Həyatın gerçək üzü bəlkə də bizim görmək istəmədiyimiz üzü...
Və o hər 2 tərəfin həyatını dəyişən təsadüfi qarşılaşma...
Haraya gedəcəyini,kimə sığınacağını bilməyən birinə kömək eliərsəniz onu da özünüzü də xoşbəxt eliyə bilərsiz.Ona eliəcəyiniz bir yaxşılıq əslində özünüzə eliyəcəyiniz yaxşlıqdır
İzliyərkən belə insanlar da varmış həyatda fikri dayanmadan ağlından keçir



Sonda bir neçə cümlə Sandra Bullock haqqında.Başdan sona mükəmməl rol oynuyur.Hətta rolu özü belə yaşayıp deyərdim.Mükəmməl bir ana obrazı,çox geniş qəlbi olan birisini canlandırır.Təsadüfi deyil ki bu filmdən sonra ən yaxşı qadın oyuncu laminasiyasında Oskar alır.
Hərdən belə düzgün qərarlar görəndə hardasa nəyin düzgün getdiyi görmək sevindirir

Sandra Bullock özü film haqqında:"Ssenarini oxuyana qədər hekayənin futbol haqqında olduğunu fikirləşirdim.Ancaq oxuyub qurtarandan sonra ailə haqqında olduğunu gördüm.Hekayənin bütün gözəlliyi də burda:Bir şey fikirləşirsiniz əslində başqa bir şey çıxır"







yüklə

1 fikir:

Unknown dedi ki...

Çox gözəl filmdi.Məni ən çox təəccübləndirən və eyni zamanda sevindirən "based on a true story" olmasıydı.Belə yaxşı insanların az da olsa mövcud olması sevindirir:))
Həyat_Qəribədir

Yorum Gönder