11/24/2011

13 Tzameti

Deməli əsas oyunçumuzun atası xəstəxanadadır və anası ilə birlikdə atasının məsrəflərini ödəmək üçün evlərini satmışlardır.Bu zaman elektrik işlərini gördüyü evdəki adamın qısa yoldan çoxlu pul qazanmax haqqında danışdıxlarını eşidir.Tabi adamın da yüksək doz eroinden ölməsi vince üçün göydəndüşmə olur.Adama gələn məktubla təlimatları izləyən genç biraz da kafandan kontakt gencimiz,təlimatlara uyarax özünü bir anda mafyanın içində tapır.Tabi işin içində polis də var da orasını karışdırmıyalım.Və gəldiyi yer rus ruleti üzərinə mərclərin keçirildiyi yerdir.Və adamımızın qaçışı yoxdur.Tək çarəsi şansına güvənip,şakirtdise duasını edip oyunu oynamalıdır.Nəsə belə.sonlux gözlənilməz olması xoşuma gəldi


Türkcə altyazılı bax

6/15/2011

Saw 7

deməli filmin premyerasından təxmini 8 aya yaxın vaxt keçməsinə baxmayaraq,dünən axır ki ürəylənib baxmağa başladım.Bişey deim bu adamın çox gözəl fantezileri var.Məncə biaz daha başını işlətsə bu fantezi gücüynən porno film sektorunda da qabağa gedə bilərdi.Nəysə gijdəmə
film haqqında isə nəsə yazmağa ehtiyac yoxdu.baxarkən yanınızda vedrə götürməyi yaddan çıxarmayın.ama saatyarım da olsa baxmağa dəyər.yani çəkiləbilir
son səhnə isə kankret ləzzət elədi.jigsaw`ın arvadını öldürəndə fikirləşmədi ki,qəbirdən xortduyup gəlim mına koyar sənin.nəysə belə iyrənc danışığımnan filmə marağ yerinə daha da bilirəm ki uje çəkindirdim sizi filmnən.nəysə Burdan yükləyip baxın.
Onlayn bax

amma qərar verdim bu imtahan zadları filan qurtarsın,yenidən baxacam saw seriyasına başdan.hələ də annamadığım bəzi boşluqlar var

6/12/2011

La Haine

How far you fall doesn`t matter,it`s how you land
Fransa banlyölərində doğulmuş,burda yaşamını davam elətdirən 3 dostun hekayəsidi film.Vincent,Hubert və Saidin həyatından bəhs eliyir.Fransada mövcud vəziyət,sistemə,polislərə qarşı çıxışlar,reggea,marixuana ilə dolu bir film.Fransadakı gənclərin həyata baxış açısını keçirdiyi çətinlikləri,həyat tərzlərini göstərir.İzləməyə dəyən filmlərdəndi
TÜRKCƏ DUBLAJ İZLƏ



filmin treyleri

Water for Elephnants

Film Sara Gruenin eyniadlı kitabı əsasında çəkilib.kitab haqqında ətraflı oxu
Jacob Jankowski uşaqlıqdan heyvanları sevən birisidir və bu sevgisi uğrunda gələcəydə baytar olmağı qərara alır.bu yolda da uğurla ilərliyir.Lakin tam da baytarlıq diplomunu alacağı son imtahanda ailəsinin qəzaya uğradığını öyrənir və imtahanı yarımçıx buraxır.Ailəsilə olan xatirələriylə dolu olan bu evdə çox dayana bilmir və özünü yollara vurur.Albaniyaya getməyə qərara alır.Lakin özünün dediyi kimi oraya heç vaxt çata bilmir.Yolda təsadüfən,qaçaq sərnişin olarax mindi qatar onun həyatını dəişir.Benzini qardaşlarına məxsus sirkin qatarına minmişdir Jacob.Və bu qatara mindikdən sonra həyatında hər şey kökündən dəişir.Sirk müdürünün arvadı ilə yaşadığı eşq macərəsı onun həyatını kökündən dəişir
Qısacası izləməyə dəyər filmi. TÜRKCƏ ALTYAZILI İZLƏ



5/27/2011

The reader


Film`i izlərkən çox təsirlənmişdim.Film müddətində nəsə qəribə hislər keçirir insan.Amma indi üzərindən 1 həftə keçib,haqqında yazmağa nəsə tapa bilmirəm.Sadəcə mükəmməl bir film,olduğunu xatırlayıram.İzlərkən sıxılmırsan.Qəribə hekayə və senarisi var.Qısacası izləməyə dəyər filmlərdəndi
korkmamışdım.hiç bişeyden korkmamışdım.daha fazla acı çekdikce daha fazla aşık oluyodum.tehlike aşkımı daha da büyütüyordu.onu keskinleşdiriyor,ona lezzet katıyordu.sadece birşey ruhun eksikliyini tamamlaya bilir.bu da aşk`dır.


Yüklə
Onlayn bax

5/07/2011

All God`s Children Can Dance


Kengo uşaq yaşlarında anası tərəfindən atasının Tanrı olduğuna özünün də tanrının oğlu olduğuna inanaraq böyüyür
Amma zaman keçdikcə atasının və ya tanrının bir işinə yaramadığını,ona kömək etmədiyini görür
Və artıq Kengo ona inanmır.Sonunda bir gün atasının kim olduğunu anasından öyrənə bilir
Uzun zaman onu axtarır amm tapa bilmir.Sonda anasının verdiyi oxşatmalara bənzər(sol qulağı zədəli)bir adam görür,onun izinə düşür.Sonda onun izini itirsədə,evə geri dönməyə hazırlaşanda bi anlıx güzgüyə baxır və axtardığı hər şeyin içində olduğunu görür.Və yenidən inanmağa başlıyır

Deməli,filmin qısa məzmunu belədi.Amma mən çox də bəyənmədim.Axrına zorla gətirdim deə bilərəm.Əgər az olmasaydı yəqin ki yarımçıq qoyacaxdım.Əgər boş vaxtın varsa və sıxılmam deirsənə Burdan yüklə

Onlayn bax

Kaybedenler Kulübü

Ekip film tedirginlikle sunar...
Həyatda artıq itiricək bir şey olmayanların filmi
Özündən nə qədər uzaqsansa,əslində özünə o qədər yaxınsan.Yer kürəsində sənə ən uzaq olan nöqtə əslində kürəyindir
Axtardığın şeyi tapdığında,tapdığın şeyin axtardığın şey olup olmadığına dönüb baxdınmı?
Bəzən bir film,sadəcə filmdən də artığı olur


Zincirlərimizdən başqa itirəcək heç nəyimiz yoxdur
Ölümün olduğu bir yerdə ondan təhlükəli nə ola bilər ki?!
Böyük fərqliliklər insanları bir birinə daha da yaxınlaşdırır

Onlayn bax
Yüklə


film özü bi yana soundtreklər möhtəşəm idi



Filmin bütün sountreklərini YÜKLƏ

3/18/2011

...

3/12/2011

Kutsal Damacana Dracoola

Bu posteri bu qoymaxda məqsədim ilk 2 filminə baxıp da sevənlərin 3nü də izləyəlim deərəkdən baxıb da mənim kimi madur duruma düşməsini istəməmdəndir
Adamlar deim yerindəysə bütün filmin içinə etmişlər.Kutsal Damacana seriyasının başdan ilk 2 filminə baxmasam buna baxmazdım.Şafak Sezerin yoxluğumu deim ssenarinin bərbadlığımı deim,yoxsa +18 sözlərin ifrat dərəcədə çox olması mı bilmirəm bu qədər iyrənc olmasına səbəb .Yani mən çox görmüşəmee +18 zarafatlarla güldürən ama burda toplasan 2-3 dənə gülməli səhnə var ya yox.Anlıyacağının məslhətdi deil.Saat yarımlıx itki
İşdi məni dinləmdiz baxdızsa onu deim ki ailə ortamından uzax baxın

P.S Ersin Korkut

10 minutes



By Ahmed İmamovic


3/08/2011

Absurdistan

Uzaxlarda çox uzaxlarda bir kənddə susuzlux başlamışdır.Hansı ki həmin susuzluğun səbəbi kəndə su gətirən yeganə su borusunun uzun müddətdir ki təmir olunmaması və 50 ildən artıx bir müddətdir ki təmizlənməmiş olmasıdır.Bu səbəbdən bütün kənd quraqlıq çəkməkdədir
14 ailədən ibarət olan kənddə kişilər bütün günlərini çayxanada,qadınlar isə bütün günü işləməklə keçirirlər.Tipik bir türk kəndi görünümü verir(hardasa)
Uzun müddət susuzlux sonunda qadınların canını boğazına yığır,elə buna görə də qadın birliyi yaradax,tənbəl ərləri su borusunu təmir edənə qədər heç cür onları yaxınlarına buraxmırlar.Və bu mübarizə kəskin bir hal alır
Mübarizənin bu zamanı uşaxlıxdan bir birlərini sevən Aya və Tamelkonun evlənmək istədikləri vaxta təsadüf edir.Kənddəki mövcud vəziyət isə evlənmələrinə imkan vermir.Tamelkonun tək seçimi borunu təmir etdirməkdir.Bu yolla ona qovuşa bilər



Düzü kinodan sonra düşünəcək bi şey tapa bilmədim.Comedy yazmışlar ama olmuyacax dərəcədə azdı gülməli səhnələr.Sadəcə maraxlı hekayə olduğunda boş vaxtınız varsa baxmax olar.Anlıyacağınız elə də güclü bi şey deil
DVD almax istəməyənlər üçün türkcə dublaj yüklə

3/03/2011

Brothers


Vyetnam müharibəsi veteranlarından olan atanın böyütdüyü 2 qardaş
Sem və Tommi.Birisi atasının istəyi ilə əsgər olmuş,atasının yolundan gedir.2 uşağı və gözəl arvadı vardır.Görünüşdə xoşbəxt ailə tablosu görünümü verməkdədirlər
Digəri(Tommi) isə bu yaşına qədər heç bir işdən yapışmamış,həyatını avaralıqla keçirmiş,1 neçə dəfə həbsə düşmüş,vecsiz bir tipdir
Savaşdan çok sağ dönenleri gördüm.Amma dönenlerin içinde gerçekden yaşayanına hiç rastlamadım (c)
Əfqanıstanda teroristlərə qarşı döyüşlərin birində əsir düşür ,Sem.Və 2 aylıx müddətdə girovluxda qalır.Evə qayıtmax uğruna hətta öz əsgərini belə öldürə bilir.Sonda isə qurtulmağı bacarır.Evə qayıtdığında isə hər şey daha fərqli olmuşdur
Semin burda olmadığı müddətdə isə qardaşı onun qızlarına baxır.Və arvadı ilə az da olsa aralarında yaxınlıx yaranır.Ama bunun səhv olduğunu hər 2sidə başa düşər
Ama qardaşının bu hərəkətləri semin beynində qıcığlandırıcı suallar yaradır.2 aylıx əsirlik müddətindən sonra sinirləri gərginləşir,bunun üzərinə içində saxladığı sirrin onu boğması və beynindəki ağrıyabənzər suallar ona rahat vermir.Az qala faciəyə gəlib çıxarır
Deyirlər müharibənin sonunu ancax ölülər görür.Mən gördüm.Önəmli olan yenidən yaşaya biləcəmmi?

TÜRKCƏ DUBLAJ YÜKLƏ

rar kodu:www.mp4filmler.com

2/27/2011

Blue Valentine

Sevməy ,bəzən,sevdiyini hər şeyi ilə qəbul etmək deməydir
Əslində tam da sevgi film deil.Elə güclü senarisi də yoxdu.Elə də gözlənilməz bir film olmuyacax
Olması gərəkən şeylərin vaxtından tez baş verməsindən,qadın-kişi münasibətləri,evlilikdən sonra sevginin necə dəyişməsi kimi problemləri göstərir.Bir növ qərbdəki sevgi və ondan sonrakı evlilik həyatından bəhs eliir film.Kinonun başlanğıcı ilə sonu arasında heç bir fərq olmur.Çox adamın bəyənməyəciyinə inanıram.Ama real hadisələri əks elətdirdiyi üçün mən bəyəndim

Ən azından 1 dəfə izləməy olar
Türkcəyə yalnız altyazılı tərcümə olunup.BU LİNKƏ daxil olup altyazılı izliə bilərsiz

p.s elə-belə

Av Mevsimi

Tanıyanlar bilir də bu janr filmlərə baxmayı heç sevməm.Bu dəfə də açıyım da bir dedektiv kinosuna baxım deyə fikirləşmədim.Ama Cem Yılmaz girincə işin rəngi dəyişər
Kino haqqında heş nə yazmıyacam.Ama məncə bu janr filmləri sevənlər bəyənəcəkdir.Tabi bu tip kinolarda elə də təcrübəli sayılmam.
Nəysə çox danışmıyım istiən bu linkdən yüklüyüb baxa bilər
rar şifrəsi: www.mp4filmler.com


adamın olduğu her yer şenlik arkadaş=)


filmdən ən yadda qalan yer

2/26/2011

The Counterfeiters

2ci dünya müharibəsinin gedişində nasistlər ingilis iqtisadiyatını çökərtmək üçün istifadəyə saxta funtlar buraxmax qərarına gəlirlər.Həmin vaxt da yəhudi soyqrımın qızğın vaxtlarına düşür.O vaxtlarda saxtakarlıqda bütün almanyada ən yaxşılardan sayılan Solomon Sorovitsch`u işə qatırlar.Bəli, düz bildiniz.O, yəhudidir
Bir tərəfdə xalqı,insanlar amansızcasına qətl edilərkən digər yanda rahatlıq çəkmələri solomon və dəstəsinə böyük vicdan əzabı verir.Digər yandan isə daim təzyiq altında ən yaxşı nümunəni çıxarmax üçün çalışırlar.Film`in sonu çox gözlənilməz qurtarır


İzləməyə dəyər YÜKLƏ

2/23/2011

Crazy Heart


Bad Blake alkol bağımlısı,bir neçə evliliy keçirmiş,zamanında güclü country ifaçısı olmasına baxmayarax indi cibinde qəpiyi olmayan birisidir
Yani sizin anlayacağınız dibə vurmuş tipdir.3 ilə yaxındır ki təzə mahnı yazmamış,konsert keçirməmiş,axrıncı albomunun üzərindən isə uzun müddət keçmişdir
Daimə içkili vəziyyətdə olan Bad əyalətlərdə kiçik yerlərdə verdiyi mini konsertlərin birində tanıdığı birini sevməyə başlayır və həyatını dəişməyə qərara alır
Ömrünü alkol ilə keçirmiş birinin həyatının sonlara yaxınlaşan vaxtlarında qurtulmax üçün mübarizəsi



Əslində elə də güclü əsər deil.İzləməsən də bi şey itirməzsən.Amma izliyicəm deirsənsə Burdan Yüklə
Filmin soundtrekləri hamsı deil də 1 neçəsi güclü alınmışdı(subyektiv)


Bəyəndiylərimnən 1i.Ən yaxşı film soundtreki naminasiyası üzrə oskar alan soundtrek

2/19/2011

2/12/2011

Das Experiment

20 nəfər
14 gün
və bunun sonunda alınacax olan 4000 mark

Tibbi eksperiment keçirmək üçün könüllü şəxslər axtarılır
Elan`ı görənlər bu eksperimentdə iştirak etməyə gəlir.Pul amili də böyük rol oynuyur
Amma hər birinin öz planları vardır.Kimisi pul üçün(bir çoxu),bəzisi yeni bir şeylər yaşamax üçün,kimisi də öz işi üçün buraya gəlir
Tarek Fahd(number 77) bu şəxslərdən biridir.Əvvəlki işindən ayrılan və taksi şoferliyi edən fahd qəzetdə bu elanı görərkən ağlına orada olanları lentə almax və bunları köhnə iş yerinə satmax kimi bir plan gəlir.və köhnə müdürü ilə yaxşı pul qarşılığı anlaşma imzalıyır
Eksperimentin şərti isə belədir:Həbsxanada aparılacax eksperimentdə 20 nəfərdən 12 məhbus və 8 nəzarətçi olaraq ayrılacax və hər şeyin həqiqətə uyğun aparılması əsas şərtləridir.
Hər keçən gün məhbuslar və nəzarətçilər arasında gərginlik durmadan artır
Sonda isə gözlənilməz sonluq


tam dublajlısını tapa bilmədiyimdən altyazılı izləməyə məcbur oldum
ALTYAZILI ONLAYN İZLƏ

Kiwi!



bəs sən o anı yaşamağ üçün nələr edirsən?

The Social Network

İnternet dahisi olan və bir o qədər də sosyallıxdan kənar olan Mark sevgilisi ilə ayrılandan sonra bloguna həmin qızın mənfi tərəflərini yazan bir neçə yazı yazır.Elə həmin anda ağlına qızların şəkillərinin qoyulduğu və səs vermə yolu ilə hansının daha gözəl olduğunun seçildiyi bir web sayt yaradır.Həmin sayt o qədər güclü yayılır ki 2 saatda 22min baxış görür və həmin şəhərin internet şəbəkəsini çökdürür
Bir anda hamı tərəfindən tanınan mark,polisin işə müdaxiləsi ilə bu işi dayandırır.

"Bir neçə düşmən əldə etmədən 500 milyon dost qazana bilmərsən"

Gələlim filmin lezonquna və filmin boyunca axtarılan həqiqətə
Film boyunca facebook fikrinin mark`a yoxsa başqa birilərinin fikri olması araşıdırılır.Əslində filmdə baş verən hadisələr belə göstərilir:Özlərinin sosial şəbəkələrini yaratmaq üçün 2 qardaş ona müraciət etdikdən sonra onların da fikirlərindən ilhamlanan zuckerberg facebook`u yaradır və bunu yaxın dostuna bildirir
Elə kinoya belə bir lezonq seçilməsinin səbəbi də sonralar həmin 2 qardaşın o`nu məhkəməyə verməsi və kulli miqdarda təzminat tələb etməsi ilə əlaqədardır
Sonradan o`nu tapan və markın facebook`dan pul mənbəsi kimi istifadə fikri yoxkən(filmdə belə göstərilip) Sean Parkerin feysbuku maliyə cəhətdən qaldırması,onun üzərində olan rolu göstərilip
Ən maraqlısı isə bütün film boyunca facebook`un öz kəşfi olduğunu iddia edən zuckerberg`in sonda təzminatı verməyi qəbul etməsi idi...



ən azından 1 dəfə izləməyə dəyər məncə.BURADAN YÜKLƏ

Geri`s game

2/04/2011

Charlie St. Cloud



Film aid olduğu janrının çox fərqli nümunələrindən biridi
Əslində son zamanlar filmləri janrlara ayırmaxda çətinlik çəkirəm.Açığı həm də çox xoşlamıram ayırmağı
Charlie anası və balaca qardaşı ilə balaca bir qəsəbədə yaşayan gəncdir.Qardaşı ilə birlikdə qatıldıxlarl yelkənli gəmi yarışmalarında daim uğur qazanır.Ondakı potensialı görən gəmiçilik universitetlərinin birində pulsuz təhsil alma hüququ əldə edir.Lakin həmin günün axşamı məzuniyəti qeyd eləməyə dostlarına gedərkən,balaca qardaşını da dostlarına ötürür.Lakin yolda qəzaya uğrayırlar və balaca qardaşı həyatını itirir.Charlie`nin isə ümidi yox ikən həyata qaytarmax mümkün olur.
Qardaşının ölümündə öznü günahladıran charlie hər şeydən əlini üzür və doğmalarının dəfn olunduğu qəbristanlıqda işləməyə başlıyır
Ta ki sevgiyə rastlayan və həyatını qurtaran,həyat təcrübəsi çox olan tibb işçisinə rastlayana qədər
Maraxlı əsərdi
Açığı zac efronun adını gördüyümdə bi az tərəddüdlə yanaşdım filmə.Ancax belə bir rolun üstəsindən gəlməyi bacarıb.Chris Massogila isə öz rəngli xarakteri ilə filmə rəng qatıb



TÜRKCƏ DUBLAJ YÜKLƏ

Mevlana Celaleddin Rumi Aşkın Dansı

Bütün kainat bir-birine sevgi ilə bağlanmış.Sevgini vermesini öyren.Könlün də anlasın ki hepsine yer varmış.Sevgisiz insandan dünya korkarmış (c)

13cü yüzyıl.Anadolu.Aşkın ve sevginin çığlığını haykıran bir adam.Yüzyılları aşan şiirleriyle humanizmin temellerini atan bir kalp.Gel çağrısı ile zamanı ve insanları sürükleyen şair.Doğunun ve batının sevgi lideri.Mevlana Celaleddin Rumi.Aşkın dansı

13cü yüzyılda parlayan bu işık yüzyılları aşan evrensel aşk ve humanizm felsefesi ile ölümünün ardından milyonları sürükledi.On binlerce beytde aşkı ve sevgiyi anlatdı.Çağlar boyunca doğunun ve batının yüzlerle bilginlerini etkiledi.İlahi aşkın derinliklerinde içtenliyi ve koşulsuz sevgiyi buldu.Ve işte bu sevgi ile aşkın sesini çağlar boyu duyurdu



Gene gel, gene.
Ne olursan ol, ister kafir ol,
İster atese tap, ister puta,
İster yüz kere tövbe etmiş ol,
ister yüz kere bozmuş ol tövbeni...
Umutsuzluk kapısı değil bu kapı,
Nasılsan,
Öyle gel...




YÜKLƏ

p.s yuxardakı yazını türkcə yazmağımın səbəbi O`nu və sevgi anlayışnı az-dilində başa sala bilməməyimdə idi.Düzü indidə tam çatdıra bildiyini bilmədim.Nəsə sözlər yetmir onu başa salmağıma.Əslində heç bu p.s`ni də niyə yazdım onu da bilmədime









2/02/2011

Pi



Riyaziyyat dahisi,insanlardan qaçınan bir gənc olan maks riyaziyatı təbiətin dili adlandırır və atdığı hər addımda rəqəmlərdən əmələ gəlmiş şablonlar görür
Uşağ olarkən anasının sözünə baxmayıp,günəşə gözüaçıx baxdıxdan sonra gözləri müvəqqəti kor olan maks, sağaldıqdan sonra həyatında heç nəyin əvvəlki kimi olmadığını hiss eliyir
Həyatını π(3.14) `nin sirlərinə tapmağa çalışarax keçirir və hətta intihara qədər gəlib çıxır
Həmin rəqəmin psixologiyasına göstərdiyi təsir və beynində baş verən proseslər əla göstərilib
Darren Aronofsky`ın ilk filmi.Uğurlu alınıb məncə



YÜKLƏ

1/31/2011

17 Again

Posterə baxışdan film hansısa cavanlıx filmlərinə bənzəyir.Amma heç də posterdə görsəndiyi kimi deil
Bəzən özümüz-özümüzə suallar veririk.Həmin suallardan biri:"Həyatda 2-ci bir şans verilsəydi nə edərdim?"
Film hardasa bu sualı izahı üzərinə qurulub.Amma bi az başqa tərzdə
17 yaşı olan və böyük basketbol oynamax potensialı olan Mayk sevgilisinin hamilə qalması ilə,idman kariyerasına son qoyur və onunla birlikdə yeni bir həyat qurur
Onların artıq 2 uşağı vardır.Amma illər keçdikcə mayk köhnə günləri üçün darıxır və hər dəfə bunu Scarlet`in(arvadının) boynuna yıxar.Onunla evlənməsəydi həyatının necə dəyişəcəyini fikirləşir.Hətta evliklərinin parçanlanmasına gətirib çıxarır
Və filmdə çatdırılmax istənən mesajlar elə bu vaxtdan sora başlayır.Qoca bir kişiyə rastlayan mayk o necə edirsə yenidən 17 yaşına geri qayıdır.Zehni indiki kimi olsadan fiziki cəhətdən 17 yaşına geri dönər.Və uşağları ilə bir litseydə oxuyur bir müddətlik.Və bu aralığda uşaqlarına heç də yaxşı ata olmadığını görər,onları məktəbdə digər təhlükələrdən qorumağa çalışır
Və sonunda öz səhvlərini anlayarax yenidən sevdiyi insanla bir yerdə olur
Yaşadığınız hər günü həyatınızın son günü kimi yaşayın. Və həyatınızda sonradan peşmançılığnı çəkəcəyiniz və o qərar verilməsəydi necə olardı kimi düşündürəcək qərarlar verməyin



YÜKLƏ

1/30/2011

The Book Of Eli

Uzun müddət idi ki,bu qədərə boş,mənasız kinoya baxmırdım.
Vaxt sərf eliyib yükləmiş olmasaydım bu qədər əziyyətə dözüb kinonu axıra çıxmazdım
Kor bir insan təkbaşına 30il heç bir xəsarət almadan,dünyanı yarıdan çoxunu gəzməsi.Hansısa kitabı sağ-salamat çatdırması.Və onu hansısa ilahi varlıx tərəfindən qorunması.blah-blah-blah
Kinonunu qurtardıxdan sora ağlıma gələn ilk sual bu cür boş filmin tənqidçilər tərəfindən necə bəyənildiyi oldu.
Elə bloga qoymağımın səbəbi də kimsə sizə məsləhət filan görərsə baxmayın deyə
Əgər vaxtınız boşdusa başqa iş görün.başqa filmə baxın ya da nəbilim
Heç 1 dəfə belə baxılacax film deil

Constantine

Kino haqqında ağlımda yazmağa bi şey qalmadı.Təkcə Cəbrail adlı mələyin xəyanətinnən başqa
Bi də vizual affektlər çox gözəl işlənmişdi
Belə 1 dəfə baxılacax filmlər silsiləsinnəndi



boş vaxtın çoxdursa YÜKLƏ

1/27/2011

127 hours


Keçmişdə etdiklərinlən qurtula bilməzsən.Nə vaxtsa onlarla üzləşməlisən
Aron Ralston başqalarını öz həyatına müdaxilə etməyə buraxmayan,dağcılığı özünə hobbi seçmiş bir gəncdir.Həftəsonları gəzməyi xoşladığı,hətta 2ci yuvam adını verdiyi blue john kanyonuna gedərkən yolda bi qaya qolunun üstünə düşür.Və qolu qayaya sıxışaraq qalır.Aronun burada verəcəyi həyat mübarizəsi 5 gün çəkəcəkdir və həmin5 gün heç də asan olmayacaxdır
Qolu qayanın arasında qalan,və uzun cəhdlərdən sora çıxmayacağını gördükdən sonra burdan çıxmaq`dan ümidini üzür,və əl kamerası ilə sevdiklərini deyə bilmədiyi sözləri deyir
Bu andan etibarən onun sağ qalmax mübarizəsi həm də mənəvi mübarizəyə dönüşür
Uzun zaman susuz və ac qalışı psixoloji problemlər yaratmağa başlayır.Qulağına səslər gələn,xəyali insanlar görən Aron sonunda qurtuluşu üçün düşündüyü ən son yola əl atır və,qolunu kəsərək ordan qurtulur
bəzi məqamlarda film İnto The Wild`ı xatırlatdı nəsə



ONLİNE BAX

1/24/2011

Amelie



Bu günə qədər izlədiyim filmlərdən çox fərqli bir filmdi
Mövzu cəhətdən heç bir filmə oxşada bilmədim.Çox fərqli hisslər yaşadır.Heç sıxılmadan izlədim
Onu deyim ki kinonun yarıdan çoxunu Audrey Tautou`nun şirinliyinə baxaraq keçirmişəm.nəisə
Hər bir insanın həyatın çox kiçik olan ama onda zövq alıdığı və ya nifrət etdiyi hadisələr vardır
Ama çoxumuz belə şeylərə fikir vermirik.Film belə kiçik şeyləri çox gözəl göstərir
Amelie,ailəsi tərəfindən uşaqlardan ayrı böyüdülmüş,uşağlıqdan tək olmuş bir qızdı.Anasının ölümündən sora atası ilə böyüyən Amelie`nin tək böyüməsi gələcəydə utanqaç olmasına gətirir çıxarır.
Böyüyəndən sora parisdə kiçik bi kofedə ofsiantlıq eliən Amelie insanlara yaxşılıq etməklə onların həyatını necə dəyişəcəyini öyrənməyə başlayır.
Çoxca qarşılaşdığı və bir-birlərinə xasiyyətcə bənzədiyi ruh əkizini tapana qədər hər şey belə davam edir.Ama artıq Amelie sevigni tapmışdır.Və bundan sonrakı həyatında böyük dəyişiklər olur
Çox az film olur ki soundtreklərini bəyənirəm.Bax bu da həmin filmlərdən idi.Yüklə BURDAN



YÜKLƏ BURDAN

1/23/2011

CMYLMZ 2008

burda yazmağnan başa sala bilməyəcəm.
hani bi söz vardır ya anlatılmaz,yaşanır.tam da elə bi şeydi.
173 dəqiqənin necə keçdiyini anlamırsan.
aşağıda ən çox xoşuma gələn bir neçəsini paylaşıram








əgər xoşuna gəldisə burdan yüklə

1/22/2011

Remember me



Tyler Hawkins vecsiz bi gənc kimi görünsə də,öz içində mübarizə aparan birisidir
Çox sevdiyi qardaşının özünü asmasından sora,hətta varlı olmasına baxmayaraq atasının bütün imkanlarından imtina edir və tələbə dostu ilə yaşamağa başlayır
Ally Craig 11 yaşında anasını gözünün önündə güllələdikdən sonra atası ilə yaşamaqdadır.Təsadüf nəticəsində Tyler ilə tanışlığı sonralar onun həyatını dəyişəcək,hətta yenə bilmədiyi metroya minmək qorxusunu yenəcəkdi
O hər şeyi ilə qardaşına oxşamaq istəyirdi.Və sonunda da onunla eyni yaşda öldü
Atası da sonda səhvini başa düşüb qızı ilə marağlanmağa başladı
Pattinsonun çox fərqli aktyorluq qabiliyətini göstərdiyi film



yüklə

1/20/2011

Başka dilde aşk

bir-birmizi başa düşməyimiz üçün eyni dili danışmağımıza ehtiyyac yoxdu
eyni danışmadan da bir-birimizi sevə bilərik
əla film olsa da,nəsə uzun-uzadı yaza bilmirəm
fərqli mövzu,fərqli tərzdsə olan sevgi filmi
Mert Fıratın`ın möhtəşəm performansı
izləməyə dəyər



yüklə

1/17/2011

Çoğunluk

əvvəlcədən onu deməliyəm ki film izlərkən nə axtarırsınızsa bu filmdə tapa bilməyəcəksiniz
nə maraxlı senari,dinlədikcə həzz alacağınız soundtreklər,özünə ideal seçəcəyiniz qəhraman
ya da bahalı maşınlar,görünməz olan insanlar,ya da ən son icad olunan silahlar yoxdu
böyük ehtimalla ilk yarım saatında yuxuya gedəcəysiz
indi isə keçək mənim kinoya münasibətimə
filmin adı təsadüfən "coğunluk" olaraq seçilmiyip.kütləni əks etdirən filmdi
film başdan sona cəmiyyəti əks etdirir
ömrünü tv qarşısında çürüdən anadan tutun da,sırf onu böyüdüb,"atanbank"lıq eliyir də hər fürsətdə oğlunun işlərinə burnuna soxan atasına,ömrünü iş-çayxana-ev çürüdən gəncinə,əsgərliyi "kişilik məktəbi" adlandıran adamına,sırf pulu var deyə qarşısındakına yuxardan aşağı baxan varlısına,rüşvət verən tələbəsinə,irq-millət ayrımı eliən başıboşlarına qədər cəmiyyəti əks etdirir
sadəcə bax və güzgüdəki əksinə tüpür
ömrünü ev-iş-iş-ev-çayxana burulğanında keçirən hər bir şəxsə həsr olunur!



yüklə

1/13/2011

How To Train Your Dragon

Kütlə necədisə sən də elə olmaq məcburiyyətində deyilsən
Heç kimin düşndüklərinə fikir vermə.Burax nə düşünürlər düşünsünlər haqqında
Sadəcə özün olmağa çalış.Bir gün necə olsa qəbul eliərlər oluğun kimi
Anime deyip də keçmiyin.Çox öyrədicidi



yüklə

1/11/2011

Hokkabaz

CMYLMZ-ın çox bəyəndiyim işlərindən biri.Bu gün yenidən izlədim
Amatör bir sehrbazın həyatından bəhs eləsə də,valideyn-uşaq əlaqəsinə aid çoxlu mesajlar var
Ən azından sonda valideynin seçimi qarşısında arxasında durması belə izləməyə dəyərdi
Məncə izlənilməsi lazım olan filmlərdən biridi


yüklə

1/07/2011

The Machinist

Son zamanlar bu tərz filmlərə marağım artıb.Beləliklə bu dəfə The Machinist.
Trevor Reznik adlı bir fabrik işçisi yuxusuzluğa tutulmuşdur.Amma bu yuxusuzlux hamının bildiyi yuxusluxlardan deyildir.Son 1 ildi ki yatmır.Yuxusuzlux,işatsızlıxla birləşincə iyrənc bir görüntü ortaya çıxır.İş yoldaşı,tanışlar görünüşündən ötrü ondan ürkməyə başlayırlar.Və iş yerində səbəb olduğu qəza iş yoldaşlarının birinin qolunu itirməsi ilə nəticələndikdən sonra,iş yoldaşlarının onu işdən çıxarmax üçün planlar qurduğunu düşünməyə başlar.Və özünü sonu bilinməyən labirint zincirində tapar
Kino haqqında qısa məlumatdan sora mənim kino haqqında təəsürətlarım
Deməli kinonun ilk 70 dəqiqəsi çox sıxıcı keçir.Baş verən hadisələr,nəsə hadisələrin içinə çəkə bilmir səni
Amma son 20 dəqiqəsində hadisələrin necə mükəmməl düşünüldüyünü anlıyırsan.Bu vaxta qədər izlədiklərinin hamısının yalandan ibarət oldur.
İfrat dərəcə paronoya və şizofreniyadan ibarət bir film
Chiristian Bale`nin də mükəmməl performansını qeyd eləməliyəm


.
yüklə

1/04/2011

1408



Mike Enslin insanların gözlə görə bilmədiyi,ilahi varlıqlara inanmayan bir adam idi.Onun fikrinə görə indinin və bu yerin xaricində başqa dünya yoxdu.Çox sevdiyi və bağlandığı qızının ölümündən sonra insanlara bunları sübut etmək üçün,çox sayda ölümün baş verdiyi otellər,pərilən görüldüyü iddia edilən köşklər və bundan başqa onlarla insan beyninə sığmacayacaq qorxulu məkanlarda qalaraq çoxlu qorxulu tükürpərtici kitablar silsiləsi yazdı
Və günlərin birində 1408 nömrəli otaqdan uzağ durması haqqında bir poçt alır.Poçtudakı əsrarəngizlik və yazılış tərzi istər-istəməz marağ oyadır.Həm də kitabının sonunu yazmaq üçün yeni bir məkan.Filmin əsas mövzusu elə burdan başlıyır
Otel müdürü ilə çox mübahisədən sonra 1408`in açarlarını ala bilir.Bu dəfə baltanı daşa vurmuşdu
Əslində onun bu otaqda başına gələnlər,bir növ keçmişin hesabı ödəmək kimi bir şey idi
Beynin içində gizlənən bütün anılar realda olmağa başlayır.Beyninin otaqlarında canlanır sanki.
Keçmişdəki bütün xatirələri ilə üzləşir
Əslində film qorxu filmi təəsüratı yaratsa da ilk baxışdan,bizlərə çatdırılmax istənilən mesajlar tamamilə fərqlidi.İnsanın yaşadığı bütün xatirələrinin sonrakı həyatında rol oynaması və hər bir insanın bir gün keçmişi ilə üzləşməli olduğunu göstərdi.Və inanılmaz paranoyanın necə bi şey olduğunu



yüklə

A Beautiful Mind

"Derslər insanın beynini bulandırır.Otantik Yaratıcılık Potansiyelini yok eder"

Başdan bunu deyim ki,bu filmi niyə bu vaxta qədər izləmədiyimdən peşman oldum filmi izləyən kimi
John Nash çox ağıllı və Priceton`un riyaziyyat bölməsinin ən parlaq ulduzudur hətta dahisi belə deyə bilərik
Amma Müəyyən vaxtdan sonra xəyal dünyasına girər.Hətta universitet həyatından başlayar şizofrenik olmağa başlıyır.Özünün xəyali dostu olur.Dahilik və dəlilik aransında incə bir çizginin olduğunu göstərir bizə
İş həyatında da xəstəlik üzərindən getmir.Artıq bir dəfə tutulmuşdur.Bu dəfə başqa xəyali dostlar da tapır.Bu dəfə ona müəyyən tapşırıqlar verən birisilə tanış olar.
Filmin yarısında sonra izlədiklərinizin hamsının yalan olduğunu anlayırsan.Bu dəqiqəyə qədər gördüyün hər şeyin


Belə mükəmməl filmi necə də pis başa saldığımı başa düşürəm.Mənim yazdığıma fikir verməyin gedin birbaşa filmi yükləyin haqqında heç nə oxumadan.Ölmədən əvvəl izlənicək filmlərdən biridi.Filmi izlərkən içinizə ürkütücü bir şizofreniya dolur.Şəxsən mənim axrıma çıxdı
Filni izləyib qurtardıqdan sonra həyatınıza "Never say never" prisipi ilə davam edəcəyinizə əmin ola bilərsiz.Həyatımı dəyişən filmlərdən biri oldu

Çox az flm olur ki ordakı baş qəhrəmanın rolu yaşadığını hiss edirsən.Bu da o filmlərdən biri idi.John Nash`i canlandıran Russell Crowe bu filmdə onu yaratmağı bacarıb.İzlərkən istər istəməz hansı şəraitdə bu filmə necə hazırlaşdığı haqqında sual yaranır.


yüklə

1/03/2011

The Blind Side

Onun həyatı heç kimin vecinə deyildi
Atasının kim olduğu bilinməyən,anası heroin bağımlısı olan
13 uşaq içində yada düşməyən bir gənc
Çox az təhsili olan,əqli cəhətdən bi az zəif olan birisi idi
Amma çox az insanın sahib olacağı gözəllikdə ürəyi var idi

Bir tərəfdə komfort və dəbdəbəli həyat sürən işıxlı Memfis digər tərəfdə aclıx səfalət içində olan acı məhəlləsi.Şəhərin parlaq işıqlarının arxasında gizlənmiş küçələr.Həyatın gerçək üzü bəlkə də bizim görmək istəmədiyimiz üzü...
Və o hər 2 tərəfin həyatını dəyişən təsadüfi qarşılaşma...
Haraya gedəcəyini,kimə sığınacağını bilməyən birinə kömək eliərsəniz onu da özünüzü də xoşbəxt eliyə bilərsiz.Ona eliəcəyiniz bir yaxşılıq əslində özünüzə eliyəcəyiniz yaxşlıqdır
İzliyərkən belə insanlar da varmış həyatda fikri dayanmadan ağlından keçir



Sonda bir neçə cümlə Sandra Bullock haqqında.Başdan sona mükəmməl rol oynuyur.Hətta rolu özü belə yaşayıp deyərdim.Mükəmməl bir ana obrazı,çox geniş qəlbi olan birisini canlandırır.Təsadüfi deyil ki bu filmdən sonra ən yaxşı qadın oyuncu laminasiyasında Oskar alır.
Hərdən belə düzgün qərarlar görəndə hardasa nəyin düzgün getdiyi görmək sevindirir

Sandra Bullock özü film haqqında:"Ssenarini oxuyana qədər hekayənin futbol haqqında olduğunu fikirləşirdim.Ancaq oxuyub qurtarandan sonra ailə haqqında olduğunu gördüm.Hekayənin bütün gözəlliyi də burda:Bir şey fikirləşirsiniz əslində başqa bir şey çıxır"







yüklə

Perfume - The Story of a Murderer


"18ci yüzyıl Fransasısında devrin en yetenekli ve kötülüğü ile nam salmış şahsiyetlerinden biri yaşadı.Adı Jean Baptiste Grenouille.Adının bu günlerde unutulmasının nedeni hayatındakı tek hırsının tarihin asla iz bırakmayan bir alanında kısıtlı olmasındaydı.Kokuların Uçucu Krallığında"
Parisin iyrənc küçələrinin birində doğuldu
İlk ağlayışı anasını edama apardı.Və onnan başqa arxasında buraxdığı meyidlər
Ömrü boyunca həyatını dəyişəcək bir qabiliyyəti var idi.Və bunun Tanrı tərəfindən yalnız ona bağışlandığını dərk etdiyi andan etibarən yeni qoxular axtarmağa başladı.Ətrini duya biləcəyi qədər.Dünya üzərindəki bütün qoxuları...
Mükəmməl iybilmə qabilləti olduğu amma özününün iyinin olmadığını anladığı gündən etibarən dünyanın ən gözəl qoxularını toplamağı və dünyanın ən mükəmməl parfümünü düzəltməyə qərar verir.Bu günə heç kim tərəfindən yaradılmamış bir şey.Hətta bu uğurda cinayətlər belə işləyir.Böyük işlər böyük qurbanlar tələb edir.
Əslində onun bu istəyi özünü tapma,mükəmməl insan olma uğrunda atılmış addımları idi.
Cəmiyyət içində heç vaxt özünü düzgün şəkildə göstərə bilməyən dahinin həyatı...





yüklə