1/31/2011

17 Again

Posterə baxışdan film hansısa cavanlıx filmlərinə bənzəyir.Amma heç də posterdə görsəndiyi kimi deil
Bəzən özümüz-özümüzə suallar veririk.Həmin suallardan biri:"Həyatda 2-ci bir şans verilsəydi nə edərdim?"
Film hardasa bu sualı izahı üzərinə qurulub.Amma bi az başqa tərzdə
17 yaşı olan və böyük basketbol oynamax potensialı olan Mayk sevgilisinin hamilə qalması ilə,idman kariyerasına son qoyur və onunla birlikdə yeni bir həyat qurur
Onların artıq 2 uşağı vardır.Amma illər keçdikcə mayk köhnə günləri üçün darıxır və hər dəfə bunu Scarlet`in(arvadının) boynuna yıxar.Onunla evlənməsəydi həyatının necə dəyişəcəyini fikirləşir.Hətta evliklərinin parçanlanmasına gətirib çıxarır
Və filmdə çatdırılmax istənən mesajlar elə bu vaxtdan sora başlayır.Qoca bir kişiyə rastlayan mayk o necə edirsə yenidən 17 yaşına geri qayıdır.Zehni indiki kimi olsadan fiziki cəhətdən 17 yaşına geri dönər.Və uşağları ilə bir litseydə oxuyur bir müddətlik.Və bu aralığda uşaqlarına heç də yaxşı ata olmadığını görər,onları məktəbdə digər təhlükələrdən qorumağa çalışır
Və sonunda öz səhvlərini anlayarax yenidən sevdiyi insanla bir yerdə olur
Yaşadığınız hər günü həyatınızın son günü kimi yaşayın. Və həyatınızda sonradan peşmançılığnı çəkəcəyiniz və o qərar verilməsəydi necə olardı kimi düşündürəcək qərarlar verməyin



YÜKLƏ

1/30/2011

The Book Of Eli

Uzun müddət idi ki,bu qədərə boş,mənasız kinoya baxmırdım.
Vaxt sərf eliyib yükləmiş olmasaydım bu qədər əziyyətə dözüb kinonu axıra çıxmazdım
Kor bir insan təkbaşına 30il heç bir xəsarət almadan,dünyanı yarıdan çoxunu gəzməsi.Hansısa kitabı sağ-salamat çatdırması.Və onu hansısa ilahi varlıx tərəfindən qorunması.blah-blah-blah
Kinonunu qurtardıxdan sora ağlıma gələn ilk sual bu cür boş filmin tənqidçilər tərəfindən necə bəyənildiyi oldu.
Elə bloga qoymağımın səbəbi də kimsə sizə məsləhət filan görərsə baxmayın deyə
Əgər vaxtınız boşdusa başqa iş görün.başqa filmə baxın ya da nəbilim
Heç 1 dəfə belə baxılacax film deil

Constantine

Kino haqqında ağlımda yazmağa bi şey qalmadı.Təkcə Cəbrail adlı mələyin xəyanətinnən başqa
Bi də vizual affektlər çox gözəl işlənmişdi
Belə 1 dəfə baxılacax filmlər silsiləsinnəndi



boş vaxtın çoxdursa YÜKLƏ

1/27/2011

127 hours


Keçmişdə etdiklərinlən qurtula bilməzsən.Nə vaxtsa onlarla üzləşməlisən
Aron Ralston başqalarını öz həyatına müdaxilə etməyə buraxmayan,dağcılığı özünə hobbi seçmiş bir gəncdir.Həftəsonları gəzməyi xoşladığı,hətta 2ci yuvam adını verdiyi blue john kanyonuna gedərkən yolda bi qaya qolunun üstünə düşür.Və qolu qayaya sıxışaraq qalır.Aronun burada verəcəyi həyat mübarizəsi 5 gün çəkəcəkdir və həmin5 gün heç də asan olmayacaxdır
Qolu qayanın arasında qalan,və uzun cəhdlərdən sora çıxmayacağını gördükdən sonra burdan çıxmaq`dan ümidini üzür,və əl kamerası ilə sevdiklərini deyə bilmədiyi sözləri deyir
Bu andan etibarən onun sağ qalmax mübarizəsi həm də mənəvi mübarizəyə dönüşür
Uzun zaman susuz və ac qalışı psixoloji problemlər yaratmağa başlayır.Qulağına səslər gələn,xəyali insanlar görən Aron sonunda qurtuluşu üçün düşündüyü ən son yola əl atır və,qolunu kəsərək ordan qurtulur
bəzi məqamlarda film İnto The Wild`ı xatırlatdı nəsə



ONLİNE BAX

1/24/2011

Amelie



Bu günə qədər izlədiyim filmlərdən çox fərqli bir filmdi
Mövzu cəhətdən heç bir filmə oxşada bilmədim.Çox fərqli hisslər yaşadır.Heç sıxılmadan izlədim
Onu deyim ki kinonun yarıdan çoxunu Audrey Tautou`nun şirinliyinə baxaraq keçirmişəm.nəisə
Hər bir insanın həyatın çox kiçik olan ama onda zövq alıdığı və ya nifrət etdiyi hadisələr vardır
Ama çoxumuz belə şeylərə fikir vermirik.Film belə kiçik şeyləri çox gözəl göstərir
Amelie,ailəsi tərəfindən uşaqlardan ayrı böyüdülmüş,uşağlıqdan tək olmuş bir qızdı.Anasının ölümündən sora atası ilə böyüyən Amelie`nin tək böyüməsi gələcəydə utanqaç olmasına gətirir çıxarır.
Böyüyəndən sora parisdə kiçik bi kofedə ofsiantlıq eliən Amelie insanlara yaxşılıq etməklə onların həyatını necə dəyişəcəyini öyrənməyə başlayır.
Çoxca qarşılaşdığı və bir-birlərinə xasiyyətcə bənzədiyi ruh əkizini tapana qədər hər şey belə davam edir.Ama artıq Amelie sevigni tapmışdır.Və bundan sonrakı həyatında böyük dəyişiklər olur
Çox az film olur ki soundtreklərini bəyənirəm.Bax bu da həmin filmlərdən idi.Yüklə BURDAN



YÜKLƏ BURDAN

1/23/2011

CMYLMZ 2008

burda yazmağnan başa sala bilməyəcəm.
hani bi söz vardır ya anlatılmaz,yaşanır.tam da elə bi şeydi.
173 dəqiqənin necə keçdiyini anlamırsan.
aşağıda ən çox xoşuma gələn bir neçəsini paylaşıram








əgər xoşuna gəldisə burdan yüklə

1/22/2011

Remember me



Tyler Hawkins vecsiz bi gənc kimi görünsə də,öz içində mübarizə aparan birisidir
Çox sevdiyi qardaşının özünü asmasından sora,hətta varlı olmasına baxmayaraq atasının bütün imkanlarından imtina edir və tələbə dostu ilə yaşamağa başlayır
Ally Craig 11 yaşında anasını gözünün önündə güllələdikdən sonra atası ilə yaşamaqdadır.Təsadüf nəticəsində Tyler ilə tanışlığı sonralar onun həyatını dəyişəcək,hətta yenə bilmədiyi metroya minmək qorxusunu yenəcəkdi
O hər şeyi ilə qardaşına oxşamaq istəyirdi.Və sonunda da onunla eyni yaşda öldü
Atası da sonda səhvini başa düşüb qızı ilə marağlanmağa başladı
Pattinsonun çox fərqli aktyorluq qabiliyətini göstərdiyi film



yüklə

1/20/2011

Başka dilde aşk

bir-birmizi başa düşməyimiz üçün eyni dili danışmağımıza ehtiyyac yoxdu
eyni danışmadan da bir-birimizi sevə bilərik
əla film olsa da,nəsə uzun-uzadı yaza bilmirəm
fərqli mövzu,fərqli tərzdsə olan sevgi filmi
Mert Fıratın`ın möhtəşəm performansı
izləməyə dəyər



yüklə

1/17/2011

Çoğunluk

əvvəlcədən onu deməliyəm ki film izlərkən nə axtarırsınızsa bu filmdə tapa bilməyəcəksiniz
nə maraxlı senari,dinlədikcə həzz alacağınız soundtreklər,özünə ideal seçəcəyiniz qəhraman
ya da bahalı maşınlar,görünməz olan insanlar,ya da ən son icad olunan silahlar yoxdu
böyük ehtimalla ilk yarım saatında yuxuya gedəcəysiz
indi isə keçək mənim kinoya münasibətimə
filmin adı təsadüfən "coğunluk" olaraq seçilmiyip.kütləni əks etdirən filmdi
film başdan sona cəmiyyəti əks etdirir
ömrünü tv qarşısında çürüdən anadan tutun da,sırf onu böyüdüb,"atanbank"lıq eliyir də hər fürsətdə oğlunun işlərinə burnuna soxan atasına,ömrünü iş-çayxana-ev çürüdən gəncinə,əsgərliyi "kişilik məktəbi" adlandıran adamına,sırf pulu var deyə qarşısındakına yuxardan aşağı baxan varlısına,rüşvət verən tələbəsinə,irq-millət ayrımı eliən başıboşlarına qədər cəmiyyəti əks etdirir
sadəcə bax və güzgüdəki əksinə tüpür
ömrünü ev-iş-iş-ev-çayxana burulğanında keçirən hər bir şəxsə həsr olunur!



yüklə

1/13/2011

How To Train Your Dragon

Kütlə necədisə sən də elə olmaq məcburiyyətində deyilsən
Heç kimin düşndüklərinə fikir vermə.Burax nə düşünürlər düşünsünlər haqqında
Sadəcə özün olmağa çalış.Bir gün necə olsa qəbul eliərlər oluğun kimi
Anime deyip də keçmiyin.Çox öyrədicidi



yüklə

1/11/2011

Hokkabaz

CMYLMZ-ın çox bəyəndiyim işlərindən biri.Bu gün yenidən izlədim
Amatör bir sehrbazın həyatından bəhs eləsə də,valideyn-uşaq əlaqəsinə aid çoxlu mesajlar var
Ən azından sonda valideynin seçimi qarşısında arxasında durması belə izləməyə dəyərdi
Məncə izlənilməsi lazım olan filmlərdən biridi


yüklə

1/07/2011

The Machinist

Son zamanlar bu tərz filmlərə marağım artıb.Beləliklə bu dəfə The Machinist.
Trevor Reznik adlı bir fabrik işçisi yuxusuzluğa tutulmuşdur.Amma bu yuxusuzlux hamının bildiyi yuxusluxlardan deyildir.Son 1 ildi ki yatmır.Yuxusuzlux,işatsızlıxla birləşincə iyrənc bir görüntü ortaya çıxır.İş yoldaşı,tanışlar görünüşündən ötrü ondan ürkməyə başlayırlar.Və iş yerində səbəb olduğu qəza iş yoldaşlarının birinin qolunu itirməsi ilə nəticələndikdən sonra,iş yoldaşlarının onu işdən çıxarmax üçün planlar qurduğunu düşünməyə başlar.Və özünü sonu bilinməyən labirint zincirində tapar
Kino haqqında qısa məlumatdan sora mənim kino haqqında təəsürətlarım
Deməli kinonun ilk 70 dəqiqəsi çox sıxıcı keçir.Baş verən hadisələr,nəsə hadisələrin içinə çəkə bilmir səni
Amma son 20 dəqiqəsində hadisələrin necə mükəmməl düşünüldüyünü anlıyırsan.Bu vaxta qədər izlədiklərinin hamısının yalandan ibarət oldur.
İfrat dərəcə paronoya və şizofreniyadan ibarət bir film
Chiristian Bale`nin də mükəmməl performansını qeyd eləməliyəm


.
yüklə

1/04/2011

1408



Mike Enslin insanların gözlə görə bilmədiyi,ilahi varlıqlara inanmayan bir adam idi.Onun fikrinə görə indinin və bu yerin xaricində başqa dünya yoxdu.Çox sevdiyi və bağlandığı qızının ölümündən sonra insanlara bunları sübut etmək üçün,çox sayda ölümün baş verdiyi otellər,pərilən görüldüyü iddia edilən köşklər və bundan başqa onlarla insan beyninə sığmacayacaq qorxulu məkanlarda qalaraq çoxlu qorxulu tükürpərtici kitablar silsiləsi yazdı
Və günlərin birində 1408 nömrəli otaqdan uzağ durması haqqında bir poçt alır.Poçtudakı əsrarəngizlik və yazılış tərzi istər-istəməz marağ oyadır.Həm də kitabının sonunu yazmaq üçün yeni bir məkan.Filmin əsas mövzusu elə burdan başlıyır
Otel müdürü ilə çox mübahisədən sonra 1408`in açarlarını ala bilir.Bu dəfə baltanı daşa vurmuşdu
Əslində onun bu otaqda başına gələnlər,bir növ keçmişin hesabı ödəmək kimi bir şey idi
Beynin içində gizlənən bütün anılar realda olmağa başlayır.Beyninin otaqlarında canlanır sanki.
Keçmişdəki bütün xatirələri ilə üzləşir
Əslində film qorxu filmi təəsüratı yaratsa da ilk baxışdan,bizlərə çatdırılmax istənilən mesajlar tamamilə fərqlidi.İnsanın yaşadığı bütün xatirələrinin sonrakı həyatında rol oynaması və hər bir insanın bir gün keçmişi ilə üzləşməli olduğunu göstərdi.Və inanılmaz paranoyanın necə bi şey olduğunu



yüklə

A Beautiful Mind

"Derslər insanın beynini bulandırır.Otantik Yaratıcılık Potansiyelini yok eder"

Başdan bunu deyim ki,bu filmi niyə bu vaxta qədər izləmədiyimdən peşman oldum filmi izləyən kimi
John Nash çox ağıllı və Priceton`un riyaziyyat bölməsinin ən parlaq ulduzudur hətta dahisi belə deyə bilərik
Amma Müəyyən vaxtdan sonra xəyal dünyasına girər.Hətta universitet həyatından başlayar şizofrenik olmağa başlıyır.Özünün xəyali dostu olur.Dahilik və dəlilik aransında incə bir çizginin olduğunu göstərir bizə
İş həyatında da xəstəlik üzərindən getmir.Artıq bir dəfə tutulmuşdur.Bu dəfə başqa xəyali dostlar da tapır.Bu dəfə ona müəyyən tapşırıqlar verən birisilə tanış olar.
Filmin yarısında sonra izlədiklərinizin hamsının yalan olduğunu anlayırsan.Bu dəqiqəyə qədər gördüyün hər şeyin


Belə mükəmməl filmi necə də pis başa saldığımı başa düşürəm.Mənim yazdığıma fikir verməyin gedin birbaşa filmi yükləyin haqqında heç nə oxumadan.Ölmədən əvvəl izlənicək filmlərdən biridi.Filmi izlərkən içinizə ürkütücü bir şizofreniya dolur.Şəxsən mənim axrıma çıxdı
Filni izləyib qurtardıqdan sonra həyatınıza "Never say never" prisipi ilə davam edəcəyinizə əmin ola bilərsiz.Həyatımı dəyişən filmlərdən biri oldu

Çox az flm olur ki ordakı baş qəhrəmanın rolu yaşadığını hiss edirsən.Bu da o filmlərdən biri idi.John Nash`i canlandıran Russell Crowe bu filmdə onu yaratmağı bacarıb.İzlərkən istər istəməz hansı şəraitdə bu filmə necə hazırlaşdığı haqqında sual yaranır.


yüklə

1/03/2011

The Blind Side

Onun həyatı heç kimin vecinə deyildi
Atasının kim olduğu bilinməyən,anası heroin bağımlısı olan
13 uşaq içində yada düşməyən bir gənc
Çox az təhsili olan,əqli cəhətdən bi az zəif olan birisi idi
Amma çox az insanın sahib olacağı gözəllikdə ürəyi var idi

Bir tərəfdə komfort və dəbdəbəli həyat sürən işıxlı Memfis digər tərəfdə aclıx səfalət içində olan acı məhəlləsi.Şəhərin parlaq işıqlarının arxasında gizlənmiş küçələr.Həyatın gerçək üzü bəlkə də bizim görmək istəmədiyimiz üzü...
Və o hər 2 tərəfin həyatını dəyişən təsadüfi qarşılaşma...
Haraya gedəcəyini,kimə sığınacağını bilməyən birinə kömək eliərsəniz onu da özünüzü də xoşbəxt eliyə bilərsiz.Ona eliəcəyiniz bir yaxşılıq əslində özünüzə eliyəcəyiniz yaxşlıqdır
İzliyərkən belə insanlar da varmış həyatda fikri dayanmadan ağlından keçir



Sonda bir neçə cümlə Sandra Bullock haqqında.Başdan sona mükəmməl rol oynuyur.Hətta rolu özü belə yaşayıp deyərdim.Mükəmməl bir ana obrazı,çox geniş qəlbi olan birisini canlandırır.Təsadüfi deyil ki bu filmdən sonra ən yaxşı qadın oyuncu laminasiyasında Oskar alır.
Hərdən belə düzgün qərarlar görəndə hardasa nəyin düzgün getdiyi görmək sevindirir

Sandra Bullock özü film haqqında:"Ssenarini oxuyana qədər hekayənin futbol haqqında olduğunu fikirləşirdim.Ancaq oxuyub qurtarandan sonra ailə haqqında olduğunu gördüm.Hekayənin bütün gözəlliyi də burda:Bir şey fikirləşirsiniz əslində başqa bir şey çıxır"







yüklə

Perfume - The Story of a Murderer


"18ci yüzyıl Fransasısında devrin en yetenekli ve kötülüğü ile nam salmış şahsiyetlerinden biri yaşadı.Adı Jean Baptiste Grenouille.Adının bu günlerde unutulmasının nedeni hayatındakı tek hırsının tarihin asla iz bırakmayan bir alanında kısıtlı olmasındaydı.Kokuların Uçucu Krallığında"
Parisin iyrənc küçələrinin birində doğuldu
İlk ağlayışı anasını edama apardı.Və onnan başqa arxasında buraxdığı meyidlər
Ömrü boyunca həyatını dəyişəcək bir qabiliyyəti var idi.Və bunun Tanrı tərəfindən yalnız ona bağışlandığını dərk etdiyi andan etibarən yeni qoxular axtarmağa başladı.Ətrini duya biləcəyi qədər.Dünya üzərindəki bütün qoxuları...
Mükəmməl iybilmə qabilləti olduğu amma özününün iyinin olmadığını anladığı gündən etibarən dünyanın ən gözəl qoxularını toplamağı və dünyanın ən mükəmməl parfümünü düzəltməyə qərar verir.Bu günə heç kim tərəfindən yaradılmamış bir şey.Hətta bu uğurda cinayətlər belə işləyir.Böyük işlər böyük qurbanlar tələb edir.
Əslində onun bu istəyi özünü tapma,mükəmməl insan olma uğrunda atılmış addımları idi.
Cəmiyyət içində heç vaxt özünü düzgün şəkildə göstərə bilməyən dahinin həyatı...





yüklə