2/27/2011

Blue Valentine

Sevməy ,bəzən,sevdiyini hər şeyi ilə qəbul etmək deməydir
Əslində tam da sevgi film deil.Elə güclü senarisi də yoxdu.Elə də gözlənilməz bir film olmuyacax
Olması gərəkən şeylərin vaxtından tez baş verməsindən,qadın-kişi münasibətləri,evlilikdən sonra sevginin necə dəyişməsi kimi problemləri göstərir.Bir növ qərbdəki sevgi və ondan sonrakı evlilik həyatından bəhs eliir film.Kinonun başlanğıcı ilə sonu arasında heç bir fərq olmur.Çox adamın bəyənməyəciyinə inanıram.Ama real hadisələri əks elətdirdiyi üçün mən bəyəndim

Ən azından 1 dəfə izləməy olar
Türkcəyə yalnız altyazılı tərcümə olunup.BU LİNKƏ daxil olup altyazılı izliə bilərsiz

p.s elə-belə

Av Mevsimi

Tanıyanlar bilir də bu janr filmlərə baxmayı heç sevməm.Bu dəfə də açıyım da bir dedektiv kinosuna baxım deyə fikirləşmədim.Ama Cem Yılmaz girincə işin rəngi dəyişər
Kino haqqında heş nə yazmıyacam.Ama məncə bu janr filmləri sevənlər bəyənəcəkdir.Tabi bu tip kinolarda elə də təcrübəli sayılmam.
Nəysə çox danışmıyım istiən bu linkdən yüklüyüb baxa bilər
rar şifrəsi: www.mp4filmler.com


adamın olduğu her yer şenlik arkadaş=)


filmdən ən yadda qalan yer

2/26/2011

The Counterfeiters

2ci dünya müharibəsinin gedişində nasistlər ingilis iqtisadiyatını çökərtmək üçün istifadəyə saxta funtlar buraxmax qərarına gəlirlər.Həmin vaxt da yəhudi soyqrımın qızğın vaxtlarına düşür.O vaxtlarda saxtakarlıqda bütün almanyada ən yaxşılardan sayılan Solomon Sorovitsch`u işə qatırlar.Bəli, düz bildiniz.O, yəhudidir
Bir tərəfdə xalqı,insanlar amansızcasına qətl edilərkən digər yanda rahatlıq çəkmələri solomon və dəstəsinə böyük vicdan əzabı verir.Digər yandan isə daim təzyiq altında ən yaxşı nümunəni çıxarmax üçün çalışırlar.Film`in sonu çox gözlənilməz qurtarır


İzləməyə dəyər YÜKLƏ

2/23/2011

Crazy Heart


Bad Blake alkol bağımlısı,bir neçə evliliy keçirmiş,zamanında güclü country ifaçısı olmasına baxmayarax indi cibinde qəpiyi olmayan birisidir
Yani sizin anlayacağınız dibə vurmuş tipdir.3 ilə yaxındır ki təzə mahnı yazmamış,konsert keçirməmiş,axrıncı albomunun üzərindən isə uzun müddət keçmişdir
Daimə içkili vəziyyətdə olan Bad əyalətlərdə kiçik yerlərdə verdiyi mini konsertlərin birində tanıdığı birini sevməyə başlayır və həyatını dəişməyə qərara alır
Ömrünü alkol ilə keçirmiş birinin həyatının sonlara yaxınlaşan vaxtlarında qurtulmax üçün mübarizəsi



Əslində elə də güclü əsər deil.İzləməsən də bi şey itirməzsən.Amma izliyicəm deirsənsə Burdan Yüklə
Filmin soundtrekləri hamsı deil də 1 neçəsi güclü alınmışdı(subyektiv)


Bəyəndiylərimnən 1i.Ən yaxşı film soundtreki naminasiyası üzrə oskar alan soundtrek

2/19/2011

2/12/2011

Das Experiment

20 nəfər
14 gün
və bunun sonunda alınacax olan 4000 mark

Tibbi eksperiment keçirmək üçün könüllü şəxslər axtarılır
Elan`ı görənlər bu eksperimentdə iştirak etməyə gəlir.Pul amili də böyük rol oynuyur
Amma hər birinin öz planları vardır.Kimisi pul üçün(bir çoxu),bəzisi yeni bir şeylər yaşamax üçün,kimisi də öz işi üçün buraya gəlir
Tarek Fahd(number 77) bu şəxslərdən biridir.Əvvəlki işindən ayrılan və taksi şoferliyi edən fahd qəzetdə bu elanı görərkən ağlına orada olanları lentə almax və bunları köhnə iş yerinə satmax kimi bir plan gəlir.və köhnə müdürü ilə yaxşı pul qarşılığı anlaşma imzalıyır
Eksperimentin şərti isə belədir:Həbsxanada aparılacax eksperimentdə 20 nəfərdən 12 məhbus və 8 nəzarətçi olaraq ayrılacax və hər şeyin həqiqətə uyğun aparılması əsas şərtləridir.
Hər keçən gün məhbuslar və nəzarətçilər arasında gərginlik durmadan artır
Sonda isə gözlənilməz sonluq


tam dublajlısını tapa bilmədiyimdən altyazılı izləməyə məcbur oldum
ALTYAZILI ONLAYN İZLƏ

Kiwi!



bəs sən o anı yaşamağ üçün nələr edirsən?

The Social Network

İnternet dahisi olan və bir o qədər də sosyallıxdan kənar olan Mark sevgilisi ilə ayrılandan sonra bloguna həmin qızın mənfi tərəflərini yazan bir neçə yazı yazır.Elə həmin anda ağlına qızların şəkillərinin qoyulduğu və səs vermə yolu ilə hansının daha gözəl olduğunun seçildiyi bir web sayt yaradır.Həmin sayt o qədər güclü yayılır ki 2 saatda 22min baxış görür və həmin şəhərin internet şəbəkəsini çökdürür
Bir anda hamı tərəfindən tanınan mark,polisin işə müdaxiləsi ilə bu işi dayandırır.

"Bir neçə düşmən əldə etmədən 500 milyon dost qazana bilmərsən"

Gələlim filmin lezonquna və filmin boyunca axtarılan həqiqətə
Film boyunca facebook fikrinin mark`a yoxsa başqa birilərinin fikri olması araşıdırılır.Əslində filmdə baş verən hadisələr belə göstərilir:Özlərinin sosial şəbəkələrini yaratmaq üçün 2 qardaş ona müraciət etdikdən sonra onların da fikirlərindən ilhamlanan zuckerberg facebook`u yaradır və bunu yaxın dostuna bildirir
Elə kinoya belə bir lezonq seçilməsinin səbəbi də sonralar həmin 2 qardaşın o`nu məhkəməyə verməsi və kulli miqdarda təzminat tələb etməsi ilə əlaqədardır
Sonradan o`nu tapan və markın facebook`dan pul mənbəsi kimi istifadə fikri yoxkən(filmdə belə göstərilip) Sean Parkerin feysbuku maliyə cəhətdən qaldırması,onun üzərində olan rolu göstərilip
Ən maraqlısı isə bütün film boyunca facebook`un öz kəşfi olduğunu iddia edən zuckerberg`in sonda təzminatı verməyi qəbul etməsi idi...



ən azından 1 dəfə izləməyə dəyər məncə.BURADAN YÜKLƏ

Geri`s game

2/04/2011

Charlie St. Cloud



Film aid olduğu janrının çox fərqli nümunələrindən biridi
Əslində son zamanlar filmləri janrlara ayırmaxda çətinlik çəkirəm.Açığı həm də çox xoşlamıram ayırmağı
Charlie anası və balaca qardaşı ilə balaca bir qəsəbədə yaşayan gəncdir.Qardaşı ilə birlikdə qatıldıxlarl yelkənli gəmi yarışmalarında daim uğur qazanır.Ondakı potensialı görən gəmiçilik universitetlərinin birində pulsuz təhsil alma hüququ əldə edir.Lakin həmin günün axşamı məzuniyəti qeyd eləməyə dostlarına gedərkən,balaca qardaşını da dostlarına ötürür.Lakin yolda qəzaya uğrayırlar və balaca qardaşı həyatını itirir.Charlie`nin isə ümidi yox ikən həyata qaytarmax mümkün olur.
Qardaşının ölümündə öznü günahladıran charlie hər şeydən əlini üzür və doğmalarının dəfn olunduğu qəbristanlıqda işləməyə başlıyır
Ta ki sevgiyə rastlayan və həyatını qurtaran,həyat təcrübəsi çox olan tibb işçisinə rastlayana qədər
Maraxlı əsərdi
Açığı zac efronun adını gördüyümdə bi az tərəddüdlə yanaşdım filmə.Ancax belə bir rolun üstəsindən gəlməyi bacarıb.Chris Massogila isə öz rəngli xarakteri ilə filmə rəng qatıb



TÜRKCƏ DUBLAJ YÜKLƏ

Mevlana Celaleddin Rumi Aşkın Dansı

Bütün kainat bir-birine sevgi ilə bağlanmış.Sevgini vermesini öyren.Könlün də anlasın ki hepsine yer varmış.Sevgisiz insandan dünya korkarmış (c)

13cü yüzyıl.Anadolu.Aşkın ve sevginin çığlığını haykıran bir adam.Yüzyılları aşan şiirleriyle humanizmin temellerini atan bir kalp.Gel çağrısı ile zamanı ve insanları sürükleyen şair.Doğunun ve batının sevgi lideri.Mevlana Celaleddin Rumi.Aşkın dansı

13cü yüzyılda parlayan bu işık yüzyılları aşan evrensel aşk ve humanizm felsefesi ile ölümünün ardından milyonları sürükledi.On binlerce beytde aşkı ve sevgiyi anlatdı.Çağlar boyunca doğunun ve batının yüzlerle bilginlerini etkiledi.İlahi aşkın derinliklerinde içtenliyi ve koşulsuz sevgiyi buldu.Ve işte bu sevgi ile aşkın sesini çağlar boyu duyurdu



Gene gel, gene.
Ne olursan ol, ister kafir ol,
İster atese tap, ister puta,
İster yüz kere tövbe etmiş ol,
ister yüz kere bozmuş ol tövbeni...
Umutsuzluk kapısı değil bu kapı,
Nasılsan,
Öyle gel...




YÜKLƏ

p.s yuxardakı yazını türkcə yazmağımın səbəbi O`nu və sevgi anlayışnı az-dilində başa sala bilməməyimdə idi.Düzü indidə tam çatdıra bildiyini bilmədim.Nəsə sözlər yetmir onu başa salmağıma.Əslində heç bu p.s`ni də niyə yazdım onu da bilmədime









2/02/2011

Pi



Riyaziyyat dahisi,insanlardan qaçınan bir gənc olan maks riyaziyatı təbiətin dili adlandırır və atdığı hər addımda rəqəmlərdən əmələ gəlmiş şablonlar görür
Uşağ olarkən anasının sözünə baxmayıp,günəşə gözüaçıx baxdıxdan sonra gözləri müvəqqəti kor olan maks, sağaldıqdan sonra həyatında heç nəyin əvvəlki kimi olmadığını hiss eliyir
Həyatını π(3.14) `nin sirlərinə tapmağa çalışarax keçirir və hətta intihara qədər gəlib çıxır
Həmin rəqəmin psixologiyasına göstərdiyi təsir və beynində baş verən proseslər əla göstərilib
Darren Aronofsky`ın ilk filmi.Uğurlu alınıb məncə



YÜKLƏ