1/24/2011

Amelie



Bu günə qədər izlədiyim filmlərdən çox fərqli bir filmdi
Mövzu cəhətdən heç bir filmə oxşada bilmədim.Çox fərqli hisslər yaşadır.Heç sıxılmadan izlədim
Onu deyim ki kinonun yarıdan çoxunu Audrey Tautou`nun şirinliyinə baxaraq keçirmişəm.nəisə
Hər bir insanın həyatın çox kiçik olan ama onda zövq alıdığı və ya nifrət etdiyi hadisələr vardır
Ama çoxumuz belə şeylərə fikir vermirik.Film belə kiçik şeyləri çox gözəl göstərir
Amelie,ailəsi tərəfindən uşaqlardan ayrı böyüdülmüş,uşağlıqdan tək olmuş bir qızdı.Anasının ölümündən sora atası ilə böyüyən Amelie`nin tək böyüməsi gələcəydə utanqaç olmasına gətirir çıxarır.
Böyüyəndən sora parisdə kiçik bi kofedə ofsiantlıq eliən Amelie insanlara yaxşılıq etməklə onların həyatını necə dəyişəcəyini öyrənməyə başlayır.
Çoxca qarşılaşdığı və bir-birlərinə xasiyyətcə bənzədiyi ruh əkizini tapana qədər hər şey belə davam edir.Ama artıq Amelie sevigni tapmışdır.Və bundan sonrakı həyatında böyük dəyişiklər olur
Çox az film olur ki soundtreklərini bəyənirəm.Bax bu da həmin filmlərdən idi.Yüklə BURDAN



YÜKLƏ BURDAN

0 fikir:

Yorum Gönder