1/07/2011

The Machinist

Son zamanlar bu tərz filmlərə marağım artıb.Beləliklə bu dəfə The Machinist.
Trevor Reznik adlı bir fabrik işçisi yuxusuzluğa tutulmuşdur.Amma bu yuxusuzlux hamının bildiyi yuxusluxlardan deyildir.Son 1 ildi ki yatmır.Yuxusuzlux,işatsızlıxla birləşincə iyrənc bir görüntü ortaya çıxır.İş yoldaşı,tanışlar görünüşündən ötrü ondan ürkməyə başlayırlar.Və iş yerində səbəb olduğu qəza iş yoldaşlarının birinin qolunu itirməsi ilə nəticələndikdən sonra,iş yoldaşlarının onu işdən çıxarmax üçün planlar qurduğunu düşünməyə başlar.Və özünü sonu bilinməyən labirint zincirində tapar
Kino haqqında qısa məlumatdan sora mənim kino haqqında təəsürətlarım
Deməli kinonun ilk 70 dəqiqəsi çox sıxıcı keçir.Baş verən hadisələr,nəsə hadisələrin içinə çəkə bilmir səni
Amma son 20 dəqiqəsində hadisələrin necə mükəmməl düşünüldüyünü anlıyırsan.Bu vaxta qədər izlədiklərinin hamısının yalandan ibarət oldur.
İfrat dərəcə paronoya və şizofreniyadan ibarət bir film
Chiristian Bale`nin də mükəmməl performansını qeyd eləməliyəm


.
yüklə

0 fikir:

Yorum Gönder